Bakı-Bodrum-Bakı reyslərində hansı xidmətlər var?

Updated: May 29

Bakı-Bodrum-Bakı reysi çarter reysi olduğundan ora məhz AZAL uçur.

Çarter reys nə deməkdir?


“ Bir istiqamətə mövsümi olaraq birbaşa uçuş təşkil edilirsə, bu çarter reysidir ”

Azərbaycan Hava Yolları Bodrum istiqamətinə uçuşlarında 23 kq baqaj, 10 kq əl yükü haqqı təqdim edir. Bundan əlavə göyərtədə isti qida ilə təqdim edir. İçkilərdən isə şirələr, çay, su, kofe, çaxır pulsuz olaraq servis zamanı təqdim olunur.

Əfsuslar olsun ki, bu çarterlərin ekonom klas oturacaqları yastıqla təmin olunmur, ona görə məsləhətdir ki, özünüzlə səyahət yastığı götürəsiniz. Pled isə bir ədəd olmaqla verilir, amma MÜTLƏQ uçuş zamanı kəmərlər açılan kimi adam sayına uyğun götürün, çünki sonra bitir. Yəni hər oturacağa nəzərdə tutulmayıb.

EKONOM klas Bodrum uçuşlarında uşaqlar üçün hədiyyə verilmir 😭


Göyərtə bələdçiləri isə son dərəcə mehriban heyət idi. Qeyd edim ki, AZAL-ın bir sıra uçuşlarında bələdçilər ruslar olanda çox kobud olurdular, amma indi hamısı azərbaycanlı idi və çox ürəkaçan və səmimiyyətlə servis edirdilər.

Sizin necə təyyarə təcrübəniz var?

#azal #travelbodrum #aztagram #turizm #gezeyenler #travelwithkids #travelwithninjas #ninjamama #ninjapapa

© 2020 Ninja Parents

bütün yazılar şəxsi təcrübəyə əsaslanır...