Körpə ilə dənizkənarı resort oteli seçirsinizsə, nəzərə almalı olduğunu məsələlər var.

Dəniz otelinə gedirsinizsə aşağıdakıları mütləq əvvəlcədən edin:
✔️ Qalacağınız otağın mütləq ki, üst mərtəbələrdə olmasını rezervasiyanız zamanı qeyd edin. Çünki dəniz ərazisi olduğu üçün daha aşağı mərtəbələrdə az da olsa ya nəmişlik var, ya da qoxusu
✔️ Otelin təqdim etdiyi menyu və restoranların konsepsiyası ilə tanış olun. Məsələn mənim kimi dəniz məhsullarından yalnız balıq sevirsinizsə, bu məqamı xüsusi izləyin.
✔️ Havanın nə qədər isti olmasından asılı olmayaraq, özünüzlə şalvar və uzunqol geyim götürün, uşaqlara isə Amirdəki kimi şalvar, köynək və papaq.
✔️ Hər nə qədər otel məhraba versə də, uşaqlar üçün məhrabanız ayrı olsun. Nə qədər təmiz yuyulmuş olsa belə uşaq dərisidir və zarafata gəlməz.
✔️ Mənim kimi lejanka və qlamur tərəfləri sevmirsinizsə, öz piknik pledinizi (bu suyadavamlı olsa əla olar), hətta alınırsa kamp tentinizi də yanınızda götürün.
✔️ Günəşə qarşı kreminiz, cücü dişləmələri əleyhinə kreminiz də əlinizin altında olsun.
✔️ Əgər körpəniz çox balacadırsa, amma dəniz suyundan qorxursunuzsa, özünüzə balaca hovuz da almağı unutmayın.
✔️ Körpənin ilk tibbi yardım çantası və digər lazımi əşyalarını isə artıq bilirsiniz (18 aylıq körpə postuma göz gəzdir 🙃)