Dubay balayı üçün idealdırmı? Qiymətlər necə?

Updated: May 29

Dubaya gedirsinizsə və bunu soyuq ayda edirsinizsə, qeyd edim ki, yay geyimlərinizi əl çamadanında saxlayın və təyyarədən enən kimi Tualetdə əyninizi dəyişin.

Əvvəla onu qeyd edim ki, Dubay üçün ən ideal ay Oktyabr/Noyabr ayıdır. Mənim kimi isti sevərlər üçün həmin vaxt nə çox isti olmur, nə də sərin (Dubay və sərin? 🤔).


Dubay hava limanı çox rahatdır və işarələrlə rahatlıqla çıxışa gedə bilirsiniz (Mən Atatürkdə çox azmışam 🙊).


OTEL: Biz Al Barsha bölgəsində yerləşən 4* oteldə qalmışdıq. Qeyd edim ki, paketimizə ancaq səhər yeməyi daxil etmişdik və 5 il əvvəl bunu 2 nəfərə hər şey daxil (aviabilet, transfer, 6 gecə oteldə gecələmə, səhər yeməyi, viza) 1400 AZN etmişdik. Yazını yazmazdan öncə baxdım, indi bu turu siz 2100 AZN əldə edə bilərsiniz 😍 Düzdü fərq çox görünür amma bəxtimizdən evlənəndə dollar hələ 0.78 idi 🤗

QIDALANMA: bütün günümüz MC Donalds və KFC-də keçmişdi. Yerli restoranlarını və əsas da çörəyə mi desəm, lavaşami desəm oxşar olan çörəklərindən iyrənmişdim.

DUBAI MALL: birbaşa metrodan çıxışı var, eynən bizim Gənclik Mall kimi. Tərkibində ən böyük Dubayın akvaryumu yerləşir. Akvaryum bir neçə mərtəbəni əhatə edir. Akvaryuma ya kənardan bir hissəsinə pulsuz baxa bilərsiniz, ya da müxtəlif kateqoriya və daxil olunan xidmətlərinə görə bizim pulla 40 AZN-dən başlayan qiymətə bilet ala bilərsiniz. Su təbiətini sevirsinizsə, bunu qaçırmamalısınız.

EMIRATES MALL: Al Barsha adlanan bölgədə yerləşir (otelimiz malldan 2 addımlıqda idi). Ən sonuncu mərtəbəsində buzda sürüşmə zonası var, sadəcə möhtəşəmdir. Əsasən də elə isti havada o buza daxil olursunuzsa 🤩

BURJ KHALIFA: Dubai Mall yanında yerləşir. 125-ci mərtəbəsi sadəcə möhtəşəmdir. 15:30-a qədər və 18:30-dan sonra giriş qiyməti 60 AZN edir bir nəfərə. 16:00 - 18:00 aralığını Prime Time adlandırırlar və ikiqat qiymət olur biletin pulu. Məsləhətdir ki, axşam saatlarında gedəsiniz, şəhərin möhtəşəm işıqlandırılması və təbii ki, daha sonrasında fontanların rəqsi


VİZA: Dubay vizası alıb ala biləcəyimiz ən sadə və asan, əziyyətsiz vizalardandır. Bunun üçün sadəcə Pasport kifayətdir. Bəzi hallarda əlavə olaraq Nigah şəhadətnaməsi tələb oluna bilər. Vizanın qiyməti isə müxtəlif agentliklərdə 80$ ilə 150$ arasında dəyişir. Kim neçəyə sata bildi 😜

GEYİM: Mənim kimi isti sevənlərə məsləhət görürəm ki, mütləq şəkildə özünüzlə uzunqol kofta və ayaqqabı götürəsiniz (mən nazik sapoq geyinmişdim: əvvəlki postda şəkillər var). Çünki mall.lar və metro o qədər soyuq olur ki, iqlimin ciddi dəyişikliyində donursan sadəcə.

METRO: Bəlkə də Dubay metrosu qədər bəyəndiyim ikinci ölkə metrosu yoxdur.


1. Təhlükəsizlik üçün hər şey düşünüblər. Qatar yeri şüşə divarla çəpərlənib. Ancaq qatar gəlib düzgün dayandıqdan sonra qapı ilə birlikdə açılır.

2. Demək olar ki, Dubayın istənilən vacib nöqtəsinə gedir.

3. Qatardan tutmuş hər yerində kondisioner işləyir.

4. Çox aydın və rahat başa düşəcəyiniz bilet aparatları var.

SAFARİ TUR: Biz çatdırmadıq, bu barədə fikir bölüşə bilmirəm 🙊

TEXNOLOJİ ALIŞ-VERİŞ: əgər zəmanətli bir alət almaq istəyirsinizsə, bunu Dubai Mall-da edə bilərsiniz. Amma biz bu tip alış-verişimizi Deira adlanan bölgədən etdik. Burada əksər satıcılar Azərbaycan dilində bilir 😂 və hətta sənə kursu dərhal dəyişməyə də kömək edir. Vay o haldan ki, sənə məxsus mahnılardan oxusun 🤣 Burada bacardığınız qədər ticarət edə bilərsiniz. Biz 1000$-lıq televizoru 600$-a qədər saldıra bilmişdik. Və təbii ki, smartfonların ən əlverişli alıs məkanı 😋

DUBAI MARINA: Mütləq ki, Marinaya yaxın restoranda oturub çay içərək mənzərənin dadını çıxarın. Möhtəşəm tikilişdə olan göydələnlərə baxanda diqqət edin başınız fırlanmasın 😅

FERRARİ DÜNYASI: ouuu deyərdim ki, hər bir maşın xəstəsinin mütləq getməli olduğu yerdir 😍 Burada şərhə ehtiyac belə yoxdur 🙊 Hələki bu qədər, suallarınız olsa yazın. Ya da növbəti səfər üçün sizin mütləq ki, daha maraqlı etdikləriniz var, onları paylaşın bizimlə ❤️

18 views

© 2020 Ninja Parents

bütün yazılar şəxsi təcrübəyə əsaslanır...