Hamiləlikdə səyahət etmək təhlükəlidirmi?

Updated: May 29

İstənilən növ səfərinizdə əlbəttə ki, həkim rəyi mütləq əsas götürülməlidir.


Emil və Amirdə hər birinə hamiləliyim vaxtında səyahətə özümə limitlər qoymamışam. Əksinə, səyahət məni daha da gümrah və enerjili edib. Emilə hamiləlikdə ilk dəfə 6 həftəlik ikən, Amirə hamiləlikdə isə 12 həftəlik ikən ölkə xaricinə səfər etmişəm.

“ Hamilə bir səyyah üçün ən vacib nüans ürəkbulanma dərmanının daim əl altında olmasıdır. ”

Hamilə bir səyyahın mütləq və mütləq bütün şəraitləri nəzərə alacaq aptekçası öz əl çantasında gəzməlidir. Sizlərə dərman preparatı adı çəkmədən özünüzlə hansı növ dərmanları götürməlisiniz, onları sadalayım:

- Ürəkbulanmaya görə - Qarın getməsinə görə - Qəbizliyə görə - Təzyiqə görə (əgər hamiləlikdə təzyiq dəyişikliyiniz varsa) - Mədə qıcqırmasına görə - Qaşıntı əleyhinə (mənim kimi alergiyali birisinizsə, mütləq must siyahınızda olsun) - Baş ağrısı əleyhinə - Diş ağrısı əleyhinə (nəzərə alın ki, dişləriniz nə qədər sağlam olursa olsun, hamiləlikdə mütləq hansısa sözə qulaq asmır) - Köpə qarşı preparat - Ani qızdırma olarsa, qızdırma salıcı preparat - İntim qaşınmalara görə maz (xüsusən isti yay günlərinin amansız düşməni) - İçdiyiniz hansısa bir vitamin kompleksi - Sancını və ya sıxmaları sakitləşdirən şamlar - Pambıq - Pambıq disklər - Spirt - Yod - Zlyonka - Perekis - Hər ehtimala şpris kiçik ölçülü - Bint - Leykoplastr - Yanan bölgə üçün sakitləşdirici vasitə - Termometr (mən dədə-baba variantlarını sevirəm və güvənirəm)


Hələki bu qədər. Siz öz səyahət apteçkanıza hansı dərman vasitələrini qoyursunuz? Yoxsa mən abartmışam biraz?

Şərhlərdə qeyd edin 😉


#travelwithninjas #ninjamama #ninjapapa #ninjaparents #travelwithkids #travelblogger #kidstravel #aztagram #instamama

© 2020 Ninja Parents

bütün yazılar şəxsi təcrübəyə əsaslanır...