Körpə ilə səyahətə neçə yaşında başlamaq lazımdır?!

Updated: May 29

Çox qorxulu səslənir ya gözünüzü qorxudublar?


Əslində bu məsələnin elə də dərininə getməmişəm araşdırmalarla. Çünki mən hər bir uşağın individual fiziologiyası olduğunu düşünən analardanam 📷:) Yəni başqa uşaqda 1 ayında olan bir şey mənim uşağımda başqa cür təsir edə bilər.

Ona görə də bizim ilk səyahətimizi risk edərək, Qusara etmişdik. Həkimimdən tutmuş ev əhlinə qədər hər kəs uşağa pis təsir edəcəyindən çox narahat idi. Lakin mən tam əksinə düşünürdüm ki, mənə çox rahat olacaq. Elə də oldu.

“ Emil 2 aylıq ikən biz ilk səyahətimizi etmişdik. Amirdə isə bu proses daha tez, 35 günlüyündə olmuşdu, amma Qalaaltıya. ”

Hər ikisi də mənə sübut etmişdi ki, instiktim necə də düzgündür. Özlərini son dərəcə rahat və mühitə uyğun aparırdılar. Hətta sizə deyə bilərəm ki, Amirin yuxu rejimi Qalaaltıdan sonra düzəlmişdi və mən peşman olmuşdum ki, niyə daha tez gəlməmişik.

P.S. Rayon səyahəti zamanı körpə üçün hansı əşyalar lazımdır, onları paylaşacam sizlərlə. İlk belə videomuz isə 35 günlük körpə ilə rayon səyahətində nələrə diqqət etmək lazımdır onlardan danışacam.

P.S.S Şəkil də məhz həmin 35 günlük səyahətə aiddir

Bəs sizin ilk səyahət təcrübəniz neçə yaşında / ayında olub?

© 2020 Ninja Parents

bütün yazılar şəxsi təcrübəyə əsaslanır...