Körpə kolyaskada sakit oturmursa nə etməli?

Updated: May 29

Səyahətdə uşaq kolyaskada sakit oturmursa və ya tez bezir və düşmək istəyirsə, amma siz də gəzməli və ya mağazaya baxmalısınız?



“ Uşaqların ən sevdiyi məşğuliyyət dağıtmaqdır. ”

Mənim mövzudan, səfərdən və istiqamətdən asılı olaraq etdiklərim bunlardır:


➡ Salfetləri vermək cırması üçün ➡ Hər hansı qidanı yığıb-tökməsi (məs. dənlənmiş semiçka) ➡ Amir kimi dondurma yeməsi (tam 2 saat başını qatır) ➡ Sticker yapışdırması (buna həm Amir, həm də Emil başını qatır 🤣) ➡ Telefon (amma təbii ki, Youtube Kids, Netflix kids aktiv etmək şərtilə) ➡ Cırt-cırtlı hər hansı bir əşya (məs. ayaqqabı) ➡ Özü danışan kitab (Amir minimum 1 saat başını qatır)


Vəəə ən əsası stresdən özünüzü uzaq tutacaq siz.


Dağıdır? Dağıtsın! Bulaşır? Dəyişin əynini.


Hər kəsin bir əyləncə metodu var. Mənə dəli kimi baxan olmasa gördüyüm hər gölməçədə tullanaram.


Bəs siz? Nələr edirsiniz?


#ananıngünlüyü #anablogger #anaseyyah #momblogger #momlife #seyahetzamani #bizimanalar

© 2020 Ninja Parents

bütün yazılar şəxsi təcrübəyə əsaslanır...