Səyahət zamanı uşaqların qida vərdişlərinin formalaşması

Updated: Jul 12

Uzunmüddətli səyahətlər zamanı uşaqların qidalanması


Emilin 4 yaşına, Amirin isə 2 yaşına çox az qalıb və onlar hələ də restoran yeməkləri yeməyib. Ən ciddi nəzarət etdiyim nüanslardandır və hara qədər bu məsələni nəzarətimdə saxlaya bilərəmsə, elə də davam edəcəm. Səyahətdə yeməkləri özüm hazırlayıram və özümüzlə götürürük.


Əgər ölkədaxili və bir günlük səfərlər ediriksə, mən kartof püresi və kotlet götürürəm və heç bir əlavə etmədən kartofu əzib, götürürəm. Yemək yemə zamanı isə pürenin üzərinə qaynar su tökərək həm isidirəm, həm yumşaldıram.


“ Bəs siz uşaqlarla səyahətə çıxanda necə yır-yığış edirsiniz? Özünüzlə nələr götürürsünüz? ”

Bunlardan əlavə isidilməsinə ehtiyac olmayan başqa qidalar da götürə bilərsiniz. Əgər təyyarə ilə səfərimiz varsa, o zaman yemək termosundan istifadə edirəm və ya sadəcə hazır kaşa götürürəm.


Avtomobil səyahətlərimizdə limitsiz yer şansımız var deyə, çoxlu əlavə qidalar götürürəm. Məsələn, peçenyelər, qaymaq, meyvələr və s. Əlbəttə ki, bütün bunların yanında termosda qaynar suyum da mütləq hazır olur.


Ümumilikdə yeməklərin sayı sizi qorxuda bilər, ancaq bu belə deyil. Belə ki, Nazimlə mən hərəyə bir bel çantası götürürük və əşyalarımızı bölürük. Məndə yeməklər olursa, Nazimdə paltar və digər əşyalarımız yer alır.


#qidalanma #korpeninqidasi #seyahetdeqidalanma #usaqlarinqidasi

© 2020 Ninja Parents

bütün yazılar şəxsi təcrübəyə əsaslanır...