Uşaqlarla neçə yaşından hiking (yürüş) etməliyik?

Updated: May 29

Bunu onun həyatının bir parçası edərək körpə yaşlarından onun bu prosesin təbii bir şey olduğunu və onun həyatının ən vacib məqamlarından biri olduğunu aşılayırsan.

Emil də Amir kimi körpəlikdən səyahət edir deyə, səyahəti çox sevir.


Necə?


Bu bir günə mənim uşağım səyyah olsun və budur uşağım səyyahdır deməklə olmur. Zamanla, bunu onun həyatının bir parçası edərək körpə yaşlarından onun bu prosesin təbii bir şey olduğunu və onun həyatının ən vacib məqamlarından biri olduğunu aşılayırsan.

“Və bu səyahətlər zamanı da ona ⚠️ mütləq ki, lazımi mesajları ötürməlisən.”

Nə kimi mesajlardır onlar?


Sadalayım:


⛔ Gəzdiyin yerlərə heçnə tökmək olmaz, nənələr yorulurlar təmizləməkdən və pişiklər (ən sevdiyi heyvan) sonra belə zibilli yerlərə gəlməzlər, sən də onları görmərsən) ⛔ Ağacları qırmaq olmaz, onlar ağlayırlar və analarını istəyirlər. ⛔ Heyvanları vuranda onların canı uf olur və həkim onlara iynə vurur, onlar ağlayırlar.

⛔ Otda biz gəzəndə (ən sevdiyimiz məşğuliyyət) ayaqqabılarımızı soyunmalıyıq, çünki otlar sonra ağ olar və bizi istəməzlər. Deyərlər ki, biz səni istəmədik. ⛔ Göyərçinlərin üstünə qaçmaq olmaz, qorxub uçarlar bir də Emil göyərçinlə necə oynayar? ⛔ Ağaca can eləmək lazımdir, ağac səninlə danışır və səni eşidir (həmin an sadəcə Emili görmək lazımdır, çəkəcəm videosunu)

Vəəə ən əsası, uşağa insanları öyrətmək lazımdır. 12 ay hamıdan təcrid edib, bir deyib hə mənim uşağım indi hamıyla yola gedəcək deyə bir şey yoxdur. Uşaq öyrəşdiyi mühiti sevir. Sənin kimi, mənim kimi.

Ona bu mühitin əslində onun olduğunu öyrət, öyrən. Emil hikingi özü edir. Təsəvvür edirsiz bu nə deməkdir? Ağlayıb sızlamır ki, mama məni qucuna al. Əksinə, mən qucağıma alıram, deyir mama Emil özü. Və gəzə-gəzə öz-özünə danışır, deyir ki, Emil asta get yıxılma, yoxsa uf olarsan (mənim o tələsəndə işlətdiyim sözləri qaytarır eləbil) 😂🙈 A


ranızda neçə nəfər hikingi sevir, və ümumiyyətlə hiking edib? Məsafəniz?

Bizim Emil (2 yaş 6 aylıq ikən) ilə birlikdə rekordumuz 30 km olub. Özü də yağışlı havada. 😎✌️💃

© 2020 Ninja Parents

bütün yazılar şəxsi təcrübəyə əsaslanır...