Vyanadakı Madame Tussauds Muzeyi və qiymətlər

Updated: May 29

Muzey digər ölkələrdə olan Tuso muzeylərindən daha balaca və dar olsa da, maraqlı idi.


Madame Tussauds muzeyi Vyananın Wiener Prater əyləncə parkında yerləşir.

18 aylıq körpə üçün musiqinin bol olması, rəqs səhnəsinin olması və muzeyin əyləncə parkında yerləşməsi çox möhtəşəmdir.

Emil ilə səyahətimiz vaxtı, muzeydə o qədər oynamışdı ki, çölə çıxanda iki saat dayanmadan yatdı, bu arada biz yemək yeməyə və istirahət etməyə vaxt tapdıq.

Qeyd edim ki, Praterin ətrafı yaşıllıqdı və yaşıllıqda uzanıb istirahətin yerini heçnə vermirdi. Emil oyanandan sonra isə parkdakı bütün atraksionları bir-bir sınadı. Hətta at minməyə də vaxt tapdı (videonu tapan kimi paylaşacam). Ümumilikdə parkda 60 eur pulumuz çıxdı. Muzeyə isə bileti onlayn almağınız məsləhətdir. Belə ki, girişdə biletin adambaşı qiyməti 23 eur olduğu halda, onlaynda 16 eur-dur.

Parkın içindəki restoran (deyəsən bir dənə idi) olduqca bahalı olduğundan yemək üçün parkdan çıxıb qarşı tərəfdə olan restoranda yemişdik. Ümumi olaraq ət yeməyi yediyimizdən xərcimiz 45 eur olmuşdu.

30 views

© 2020 Ninja Parents

bütün yazılar şəxsi təcrübəyə əsaslanır...